Jurnalist Fərəməz Novruzoğlu 4 il 6 ay müddətinə azadlıqdan məhrum edildi
Avqustun 22-də Nizami Rayon Məhkəməsində jurnalist Fərəməz Novruzoğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim İmran Burcayevin sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən, F.Novruzoğlu 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, F.Novruzoğlu aprelin 18-də həbs olunub. O, Cinayət Məcəlləsinin 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələrinə əsasən ittiham olunub.
O.M.
Digər xəbərlər