Çeçenistanda döyülən rusiyalı jurnalist Moskva xəstəxanasına yerləşdirilib

Çeçenistanda döyülən rusiyalı jurnalist Moskva xəstəxanasına yerləşdirilib

5 İyul 2023 10:04
Bəyəndim (0) Bəyənmədim (0)

Dünən Çeçenistanda döyülən “Novaya qazeta”nın jurnalisti Yelena Milaşina və vəkil Aleksandr Nemov artıq Moskva xəstəxanalarından birinə yerləşdiriliblər.

Oxuməni.az xəbər verir ki, bu barədə “Novaya qazeta” məlumat yayıb.

Milaşina və Nemov iyulun 4-də səhər saatlarında Çeçenistanda şiddətli döyülüblər. Vəkilin sözlərinə görə, hücum edənlər onları güllələməklə, başlarına silah dayamaqla hədələyiblər. Milaşinanın bir neçə barmağı sınıb və döyülən zaman huşunu itirib.

Jurnalist və vəkil çeçen fəalların anası Zarema Musayevaya hökm oxunması prosesində iştirak etmək üçün Qroznıya uçub. Musayeva bir gün əvvəl 5,5 il müddətinə azadlıqdan məhrum edilib.

Əziz Salamoğlu