Narkotik və silah...
Gəncə Şəhər Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində şəhər sakinlərindən "Kalaşnikov" tipli avtomat və yarım kiloqrama yaxın narkotik maddə aşkar edilib. Hər iki faktla bağlı cinayət işi açılıb.
Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə sakininin məzilindən silah tapılıb. İsmayıl Hacıyev şəhərin Səməd Vurğun küçəsində şübhəli şəxs qismində saxlanılaraq Rayon Polis İdarəsinə gətirilib. Baxış zamanı onun əlindəki polietilen torbanın içərisində "Kalaşnikov" markalı avtomat olduğu müəyyən edilib. Faktla bağlı cinayət işi açılıb.
"Həmin avtomatın üzərindən daraq və 21 ədəd güllə aşkarlanıb. Gəncə şəhər sakini İ.Hacıyevin evinə baxış keçirilən zaman 5.45 çaplı patronlar da götürülüb. Həmin sursatları Şəmkir rayonundan əldə etməsi müəyyən olunub və Sarıtəpə kənd sakini Sahib Rəhimovun yaşadığı ünvandan 430 ədəd döyüş patronu aşkar edilib", - Gəncə şəhər Baş Polis İdarəsinin müstəntiqi Sabir Tağızadə belə deyib. Saxlanılan şəxs silahın ona məxsus olmadığını və verdiyi borc əvəzinə girov kimi götürdüyünü bildirib. Gəncə Şəhər Baş Polis İdarəsinin müstəntiqi Sabir Tağızadə bildirib ki, faktla bağlı tərəfimizdən Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə cinayət işi başlanılıb.
Həmçinin keçirilmiş əməliyyat nəticəsində əvvələr məhkum olmuş Qəşəm Xanquliyevin üzərindən 17 qram narkotik vasitə aşkar olunaraq götürülüb. Saxlanılan şəxs narkotik vasitəni satış məqsədi ilə deyil, şəxsi istifadə üçün saxladığını bildirib. Qeyd edək ki, silah və narkotik vasitələr möhürlənərək ekspertizaya təhvil verilib.
Nizami Rayon Polis İdarəsinin əməkdaşları isə nəqliyyat vasitəsində gizlədilən narkotik vasitəni aşkar edərək götürüb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax sakini Vüqar Musayevin idarə etdiyi "VAZ 21015" markalı 90-NZ-199 nömrə nişanlı avtomobildən yarım kiloqrama yaxın qurudulmuş marixuana tapılıb.
O.M.


































































.jpg)
.jpg)
.jpg)


























