Ayaqqabının dabanında həbsxanaya telefon keçirmək istədilər
Penitensiar xidməti 8 saylı cəzaçəkmə müəssisəsinın əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb. Bu barədə məlumat Ədliyyə Nazirlyi penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən verilib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 29 yaşlı, cinayət məcəlləsinin oğurluq və quldurluq maddələrinin bir neçə bəndi ilə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Yusifov Seymur İsmayıl oğlunun yanına qisamüddətli görüşə gəlmiş vətəndaş Məmmədov Rasim Söhbət oğlunun üzərinə baxış keçirilən zaman əynindəki gödəkcənin döş cibindən 2 ədəd sim kart, ayaqqabısının daban hissəsində gizlədilmiş gizli saxlanc yerindən 1 ədəd "Nokia" markalı mobil telefon aparatı, 2 ədəd mobil telefon aparatı üçün elektrik qidalandırıcısı və 1 ədəd mobil telefon üçün qulaqcıq aşkar edilərək götürülüb. Faktla bağlı ədliyyə nazirliyinin penitensiar xidməti və 8 saylı cəzaçəkmə müəssisəsində araşdırmalar davam etdirilir.
O.M.





























































































