Xəstəxanada yatan gəlinini dəhrə ilə öldürmək istədi
Şəkidə qayınata gəlinini dəhrə ilə öldürmək istəyib. Rayonun Çapağan kənd sakini Yavər Hacağayev Şəki rayon Mərkəzi Xəstəxanasının əsəb xəstəlikləri şöbəsində stasionar müalicə alan gəlini Arzu Hacağayevanın yanına gəlib.
Daha sonra o, palatada olarkən üzərində gizlətdiyi kəsici alət olan dəhrə ilə gəlininə bədən xəsarətləri yetirərək onu öldürməyə cəhd edib. Bu zaman xəstəxana işçiləri qışqırıq səslərini eşidərək xəsarət alan şəxsin köməyinə yetişiblər. Xəsarət alan Arzu Hacağayeva müalicə üçün paytaxt Bakıya göndərilib.
Hadisəyə ilkin səbəb kimi qayınatanın gəlinin hərəkətlərindən şübhələnməsi və buna görə bu cinayətə əl atması olub.
Faktla bağlı Şəki rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Yavər Hacağayev saxlanılıb.
.jpg)











.jpg)

































.jpg-1.jpg)
.jpg-1.jpg)
.jpg-1.jpg)
.jpg)










































