Maşın oğruları ələ keçdi

Maşın oğruları ələ keçdi

9 Aprel 2014 16:10
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda avtomobil qaçırmaqla məşğul olan dəstə tutulub.

Laxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Binəqədi RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə oğurluq etdiklərinə görə tutulmuş Eldar Balışovun və Rasim Şükürovun aprelin 4-də Anar Səfərova məxsus "VAZ-2104" markalı avtomobili Bakı şəhər sakini Anar Muradi ilə birgə qaçırmaları müəyyən edilib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində A.Muradi tutulub.

E.Balışovun və R.Şükürovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların, cari il fevral ayının 25-də Bakı şəhər sakini Namiq Quliyevə məxsus "Niva" markalı avtimobilin ehtiyat təkərini oğurlamaları da müəyyən edilib.