Gədəbəydə avtoqəza baş verdi, sürücü vəfat etdi...

Gədəbəydə avtoqəza baş verdi, sürücü vəfat etdi...

12 Aprel 2014 11:22
Bəyəndim (0) Bəyənmədim (0)

Gədəbəy-Şəmkir avtomobil yolunun 15-ci kilometrliyində, Zəhmət kəndi ərazisində avtoqəza baş verib. Rayonun Qaradağ kənd sakini, 1971-ci il təvəllüdlü Abdullayev Eldar Fərman oğlu idarə etdiyi VAZ 2106 markalı avtomobillə dərəyə aşıb. Qəza nəticəsində avtomobildən kənara düşən E. Abdullayev hadisə yerində dünyasını dəyişib. Onun meyiti FHN-nin Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları tərəfindən dərədən çıxarılaraq ailəsinə təhvil verilib. Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır.

Mediainfo.az