Əmioğlularını güllələyən qardaşlara hökm oxunub
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində əmisi oğlunu qətlə yetirməkdə təqsirləndirilən Müşfiq və Cəmiyyət Beydullayev qardaşlarının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Prosesdə hökm oxunub. Hökmə əsasən, M. Beydullayev 11 il 6 ay, C. Beydullayev isə 13 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Şamaxı rayon, Dağ Bağırlı kənd sakini Müşfiq Beydullayev şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı ov tüfəngindən atəş açaraq əmisi oğlu Beydullayev Beydulla İmanqulu oğlunu ağır dərəcədə yaralayıb.
Bədəninin müxtəlif nahiyələrindən xəsarətlər alan Beydulla Beydullayev Şamaxı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, lakin həyatını xilas etmək mümkün olmayıb.
Hadisədən sonra M. Beydullayev tutulub. İstintaq zamanı qətldə iştirakı müəyyən olunan digər qardaş - Cəmiyyət də həbs edilib.

.jpg)


































.jpg)

























.jpg)










.jpg)



















