İranda insanlar edam olunmaqdadır

İranda insanlar edam olunmaqdadır

27 Aprel 2014 14:26
Bəyəndim (0) Bəyənmədim (0)

İranın Simnan vilayətində bir nəfər əhalinin gözü qarşısında edam edilib. Məhbus təcavüzdə günahlandırılaraq dara çəkilib.

Simnan şəhərinin sakini olan məhkumun yalnız ad və soyadının baş hərfləri açıqlanıb. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra aprelin 26-da səhər saatlarında icra edilib.

Bundan əlavə, İranın Cənubi Xorasan vilayətində bir nəfər əhalinin gözü qarşısında şallaqlanıb. Belə ki, ad və soyadının baş hərfləri açıqlanan şəxsə aprelin 26-da səhər saatlarında Bircənd şəhərinin mərkəzi meydanında 40 zərbə şallaq vurulub.

Mediainfo.az