Oğuz sakini qəza zamanı ölüb

Oğuz sakini qəza zamanı ölüb

16 Oktyabr 2014 10:18
Bəyəndim (0) Bəyənmədim (0)

Oğuz Dəymədağlı kənd sakini, 1989-cu il təvəllüdlü Arzu Eyvaz oğlu Hüseynov idarə etdiyi "Changan" markalı 99 AF 711 dövlət nömrə nişanlı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək maşını yolun kənarındakı ağaca çırpıb.

Qəza nəticəsində Arzu Hüseynov aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. Faktla bağlı Oğuz rayon Polis Şöbəsində cinayət işi başlayıb, araşdırma aparılır.

Mediainfo.az