Oğrulara hökm oxunub

Oğrulara hökm oxunub

20 Oktyabr 2014 17:50
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Prosesdə hökm oxunub. Hökmə əsasən Fərid Ağayev 7 il, Vəli Əliyev 7 il, Kamal Mahmudov 7 il 6 ay, İntiqam Mahmudov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Təqsirləndirilən şəxslərin silsilə oğurluq cinayəti törətdikləri bildirilir. Onlar Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsinə əsasən ittiham olunurlar.

Mediainfo.az