Hacıqabulda oğrular həbs edildi
Hacıqabul rayonunda oğurluq edən şəxslər həbs edilib. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Hacıqabul rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Navahı kənd sakinləri İmran Novruzov, Səxavət Əliyev və Əmir Hüseynov tutulublar.
Onlar yanvarın 13-də Natiq Həsənova məxsus taxıl anbarından ümumi çəkisi 2 ton 70 kiloqram olan 46 kisə arpanı oğurlayıblar.
Mediainfo.az
Digər xəbərlər