Göyçayda ruhi xəstə öz evini yandırdı
Göyçayda yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyi mətbuat xidmətindən verilən məlumata görə, Göyçay rayonunda vətəndaşa məxsus ümumi sahəsi 1890 kv.m olan 2 mərtəbəli, 48 mənzildən ibarət yaşayış binasının dam örtüyünün yanar konstruksiyaları 60 kv.m və 2-ci mərtəbədə yaşayan digər vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan mənzilin 1 otağının yanar konstruksiyaları 12 kv.m sahədə yanıb. Yanğın zamanı ev sahibəsi qismən yanıq xəsarətləri alaraq yanğınsöndürənlər tərəfindən təcili tibbi yardım xidmətinə təhvil verilib.
30 bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə edilib. Yaşayış binasının qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın saat 00:05 yanğınsöndürənlər tərəfindən söndürülüb.
Apa-nın məlumatına görə, yanğını hadisə zamanı xəsarət alan ev sahibəsi özü törədib. Onun ruhi xəstə olduğu bildirilir.
Mediainfo.az