Banka maskalılar hücum edib
Moskvada iki naməlum silahlı şəxs kommersiya bankına basqın edib. APA-nın TASS-a istinadən verdiyi məlumata görə, nəticədə 1 milyon rubl məbləğində vəsait qarət olunub. "İki maskalı şəxs banka girərək, xanım əməkdaşı silahla təhdid edib və ondan kassadakı pulları verməyi tələb ediblər", - deyə Moskva polisindən bildiriblər.
Basqınçılar "Jiquli" markalı avtomobillərdə hadisə yerindən uzaqlaşıblar. Həmin avtomobillər sonradan atılmış vəziyyətdə tapılıb. Faktla bağlı cinayət işi açılıb, axtarış tədbirləri davam edir.
Mediainfo.az
Digər xəbərlər