Bakıda mənzil oğruları tutuldular
Bakıda oğurluqda şübhəli bilinən şəxslər tutulub. Daxili İşlər Nazirliyinin saytı xəbər verir ki, avqustun 25-də paytaxtın Nizami rayonunda yaşayan Asif Qasımovun evinə pəncərədən girmək yolu ilə 350 manat, qızıl və məişət əşyaları oğurlanıb.
Nizami RPİ 25-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakinləri Ağamoğlan Abdalov, əvvəllər məhkum olunmuşlar Fuad Rəsulov, Şəki rayon sakini Xəyal Yunisov və Gürcüstan vətəndaşı Qurban Hacıyev tutulub.
Araşdırmalar davam etdirilir.
Mediainfo.az
Digər xəbərlər
















































.jpg)














































