Masallının Şərəfə kəndində qətl hadisəsi baş verib

Masallının Şərəfə kəndində qətl hadisəsi baş verib

23 Sentyabr 2015 12:19
Bəyəndim (0) Bəyənmədim (0)

Masallının Şərəfə kəndində yerləşən şadlıq evinin qarşısında qətl hadisəsi qeydə alınıb. Kənd sakini Salman Qurbanov aralarında yaranmış mübahisə zəminində həmkəndlisi İntizar Rzayevi bıçaqlayaraq öldürüb. Hadisəni törədən S. Qurbanov saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Mediainfo.az