Restoran sahibini hədələyib, 400 azn-ni alan şəxs tutuldu - XAÇMAZDA

Restoran sahibini hədələyib, 400 azn-ni alan şəxs tutuldu - XAÇMAZDA

26 İyul 2016 13:00
Bəyəndim (0) Bəyənmədim (0)

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən KİV-ə verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 24-də Xaçmaz rayonunun Çarxı kəndindəki restoranda, oranın icarədarı Ramin Namazovu öldürəcəyi ilə hədələyib 400 manat pul tələb edən Xaçmaz şəhər sakini, əvvəllər məhkum olunmuş Hüseyn Mövlanov tutulub. Ondan 3,225 qram heroin götürülüb.

Mediainfo.az