“Bu cinayətlərin üstü onun sayəsində açılıb...”

“Bu cinayətlərin üstü onun sayəsində açılıb...”

5 Oktyabr 2016 16:39
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Leyla Əkbərovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə şahid ifadəsi dinlənilib.

Müdafiə tərəfinin vəkili vəsatət verərək prosesin qapalı keçirilməsini istəyib. Dövlət ittihamçısı və zərərçəkmiş tərəf buna ehtiyac olmadığını bildirib.

Məhkəmə kollegiyası vəsatətin təmin edilmədiyini elan edib.

Şahid Esmira Ağayeva təqsirləndirilən Leyla Əkbərovanın evində işlədiyini deyib: "Yolda kimi görürdüsə deyirdi gəl sənə pensiya düzəldim, işə düzəldim. Anara xanımdan da pul almışdı".

Bu zaman L.Əkbərova şahidin yalan danışdığını deyib və prosesdə mübahisə düşüb.

Anara Məmmədovanın vəkili Vasif İsrafilov bildirib ki, L.Əkbərovanın dələduzluq etdiyini Anaraya Esmira Ağayeva deyib: "Bu cinayətlərin üstü onun sayəsində açılıb".

Məhkəmə prosesi oktyabrın 17-də davam etdiriləcək.

Qeyd edək ki, L.Əkbərova Binəqədi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Idarəsinin keçmiş rəisi Mahir Əkbərovun arvadı olub.

Mediainfo.az