Ağdaşda  zarafat edən 55 yaşlı kişi bıçaqlanıb

Ağdaşda zarafat edən 55 yaşlı kişi bıçaqlanıb

16 Oktyabr 2017 16:33
Bəyəndim (0) Bəyənmədim (0)

Ağdaş rayonunda 55 yaşlı kişi həmyerlisi ilə zarafat etdiyi üçün bıçaqlanıb.

"Report"un Şirvan bürosu xəbər verir ki, Ağdaş şəhəri, M.Hüseynzadə küçəsində yaşayan, 1962-ci il təvəllüdlü Sahib Məhəmməd oğlu Məmmədov həmyerlisi tərəfindən bıçaqlanaraq ağır xəsarət alıb.

Yaralı dərhal xəstəxanaya yerləşdirilib və əməliyyat edilib.

Hadisəni törədənin kimliyi müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.