Gömrükdə qeyri-qanuni mobil telefonlar aşkar edilib

Gömrükdə qeyri-qanuni mobil telefonlar aşkar edilib

27 Aprel 2018 14:30
Bəyəndim (0) Bəyənmədim (0)

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mersedes-Benz C 230" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Mediainfo.az saytının DGK Mətbuat Xidmətinə istinadən verdiyi xəbərə görə, yoxlama zamanı avtomobilin gizli saxlanc yerlərindən gömrük orqanına bəyan edilməyən 23 ədəd mobil telefonlar aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.