Şirvan şəhər sakininə bıçaqla xəsarət yetirən T.Səfərov saxlanılmışdır
İyulun 22-də Şirvan şəhəri ərazisində naməlum şəxs şəhər sakini Ə.Zeynalova bıçaqla boyun nahiyəsindən xəsarət yetirmişdir. Oxuməni.az-a DİN-dən verilən xəbərə görə, xəstəxanaya yerləşdirilmiş Ə.Zeynalovun vəziyyəti orta-ağırdır.
Şirvan ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmyerlisi T.Səfərov saxlanılmışdır.
Faktla əlaqədar cinayət işi başlanmışdır.
Araşdırma aparılır.
Digər xəbərlər