Musa Yaqubun vəziyyəti ağırlaşıb
Xalq şairi Musa Yaqubun səhhəti ağırlaşıb. Publika.az-ın məlumatına görə şair əməliyyat olunmaq məqsədi ilə Türkiyəyə aparılıb. Şairin yaxınlarının dediyinə görə, böyrəyində yaşadığı problemlər onu birdən-birə yatağa salıb: "Vəziyyəti yaxşı idi, amma böyrəyində olan problemlər onun səhhətinə ciddi təsir göstərdi. Dəfələrlə Bakıda həkim müalicəsi alsa da, xeyri olmayıb. Səhhəti yaxşılaşmaq əvəzinə daha da pisləşib. Həkimlər müayinə edəcəklər, mümkün olsa, daşlar əridiləcək, mümkün olmasa, şair əməliyyat olunacaq".
Mediainfo.az
Digər xəbərlər