Mərhum aktrisanın 70 illiyi qeyd olunacaq
Akademik Milli Dram Teatrında mərhum aktrisa Vəfa Fətullayevanın 70 illik yubileyi qeyd olunacaq. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Mediainfo.az-a verilən məlumata görə, tədbir sentyabrın 25-də keçiriləcək.
Əməkdar artist, Dövlət mükafatı laureatı Vəfa Fətullayeva 1945-ci il avqustun 25-də Bakıda anadan olub. 1970-ci ildən Akademik Milli Dram Teatrında çalışıb. Ağır xəstəliyə düçar olan aktrisa 1987-ci il mayın 21-də, 42 yaşında vəfat edib.
Qeyd edək ki, Vəfa Fətullayeva SSRİ xalq artisti Hökumə Qurbanova və xalq rəssamı Nüsrət Fətullayevin övladıdır.
Mediainfo.az
Digər xəbərlər




























































































