Yan Şuan-tzı və Lin Kin Beynəlxalq Buker mükafatının qalibi olublar
2026-cı il Beynəlxalq Buker mükafatı 1930-cu illərdə Yaponiya işğalı altında olan Tayvanın tarixi sevgi hekayəsi və kəskin postkolonial romanı kimi təsvir edilən "Taiwan Travelogue" romanına görə tanınmış tayvanlı yazıçı Yan Şüan-tzı və tərcüməçi Lin Kinə təqdim edilib. Oxuməni.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat verib.
Bu, ingilis dilinə tərcümə edilmiş bədii ədəbiyyat üçün verilən nüfuzlu mükafatı qazanan ilk çin dilində (Putunhua) yazılmış romandır.
Kitab, Tayvanı qastronomik səyahətə çıxan yaponiyalı yazıçı tərəfindən yazılmış səyahət qeydləri üslubunda tərtib edilib və səyahətində ona müşayiət edən yerli tərcüməçisi ilə uydurma müəllifin mürəkkəb münasibətlərini təsvir edir.
Münsiflərin sədri, britaniyalı yazıçı Nataliya Braun, bu əsəri "dil və hakimiyyət mövzularıyla oynayan, oxucunu təəccübləndirən, cazibədar, incə ironik" roman adlandırıb.
50 min funt sterlinq (57 min avro) məbləğindəki mükafat pulu müəllif və tərcüməçi arasında bərabər bölünür.
2020-ci ildə orijinal dildə nəşr olunan "Taiwan Travelogue" Yen'in ingilis dilinə tərcümə edilmiş ilk kitabı olub. ABŞ-da 2024-cü ildə tərcümə ədəbiyyatı kateqoriyasında Milli Kitab Mükafatına layiq görülüb.
Britaniyada roman bu ilin mart ayında nəşr olunmasına baxmayaraq, fevral ayında uzun siyahı elan edildikdən sonra "Taiwan Travelogue" 2026-cı il Beynəlxalq Buker mükafatının qısa siyahısındakı ikinci ən çox satılan kitab olub.
Hazırda kitabın hüquqları Serbiyadan İndoneziyaya, Braziliyadan Ukraynaya qədər 23 ölkədə satılıb.
Beynəlxalq Buker mükafatı, Britaniyada nəşr olunan kitabların kiçik bir hissəsini təşkil edən digər dillərdəki bədii ədəbiyyata marağı artırmaq və ədəbi tərcüməçilərin qiymətləndirilməmiş əməyini qeyd etmək məqsədi ilə təsis edilib.
Almaz Həsənli











































.png)













.jpg)

































