Habil Əliyevin vəziyyəti pisləşib

Habil Əliyevin vəziyyəti pisləşib

1 Sentyabr 2015 11:57
Bəyəndim (0) Bəyənmədim (0)

Dünən xalq artisti, kaman ustası Habil Əliyevin səhhətində ciddi problem yaranıb. H. Əliyevi həyat yoldaşı Şərqiyyə Əliyevanın açıqlamasına görə, həkimlər kaman ustasını 24 saat nəzarətdə saxlayırlar: "Dünən qəfil vəziyyəti pisləşdi. Səhhətində ciddi problem yaranmışdı. Həkimlər dava-dərman etdilər, bəlğəmi təmizlədilər, bir az özünə gəldi. Vəziyyətində ciddi mənada irəliləyişi yoxdur. Ümidimizi Allaha bağlamışıq".

Qeyd edək ki, H. Əliyev və ürək və ağciyər problemlərindən əziyyət çəkir.

Mediainfo.az