Rəhman Rəhmanovun 60 illiyi ilə əlaqədar tədbir keçiriləcək
Mediainfo.az xəbər verir ki, Azərbaycan Respublikasının Mədənniyyət və Turizm Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə 28 aprel 2017-ci il tarixdə saat 16.00-da Azərbaycan Teatr Xadimləri İttifaqının Mustafa Mərdanov səhnəsində Respublikanın Əməkdar Artisti, "Qızıl Dərviş" mükafatı laureatı, kuklaçı aktyor Rəhman Rəhmanovun 60 illik yubileyi münasibəti ilə tədbir keçiriləcək.
Bundan başqa, illərdir səhnədə külüng döyən aktyor 60 yaşını balaca tamşaçıları ilə keçirəcək. Belə ki, aprelin 29-da "Pişiyin evi" adı tamaşa ilə fidan balaların görüşünə gələcək Rəhman müəllim.
P.S. Həyatını keşməkeşli yollardan keçməklə keçirən, övlad dağı görən, imkansızlıq, çətinlik çəkən, gah yıxılıb-gah büdrəyən, lakin heç zaman sınmayan əməkdar artist Rəhman Rəhmanovu "Oxu Məni" qəzetinin və bu qəzetin internet versiyası olan Mediainfo.az saytının əməkdaşları (başda Rəhman müəllimin yaxın dostları olan Emin Axundov və Natiq Qocayev olmaqla) adından təbrik edirik! Rəhman Rəhmanova uzun ömür, can sağlığı, ailə səadəti və yaradıcılığında uğurlar arzulayırıq!
Hazırladı: Könül AYPARA