Xanəndə Qocaq Əsgərov iranlı xanəndə ilə bir səhnədə

Xanəndə Qocaq Əsgərov iranlı xanəndə ilə bir səhnədə

22 May 2017 10:29
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanlı xanəndə Qoçaq Əsgərov və iranlı xanəndə Nasir Ətapur birgə konsert proqramı ilə çıxış edəcək.

Mediainfo.az xəbər verir ki, konsert mayın 25-də Tehranın "Vahdat Hall"nda keçiriləcək.

Hər iki xanəndəni tarda İbrahim Babayev, kamançada Elnur Mikayılov, nağarada Kamran Kərimov və başqaları müşayiət edəcək.

Xanəndələrin ifasında Azərbaycanın muğamları, təsnifləri və xalq mahnıları səsləndiriləcək.

Qeyd edək ki, Qoçaq Əsgərov səhnədə "Azərbaycan muğamının şahzadəsi" kimi təqdim ediləcək. Ona bu ad Şanxayda "Shanghai World Music Festival-2014" zamanı verilib.

Şəlalə Nəriman