Taha model tərəfindən bıçaqlandığını təkzib edir

Taha model tərəfindən bıçaqlandığını təkzib edir

22 May 2019 08:38
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyəli biznesmen Taha Tatlıcı azərbaycanlı model Günay Musayevanın onu bıçaqlaması barədə yayılan məlumatlara münasibət bildirib. T.Tatlıcı sosial şəbəkə hesabından etdiyi müraciətdə mediada yayılan məlumatların həqiqəti əks etdirmədiyini və hər iki tərəfin nüfuzuna xələl gətirdiyini bildirib.

Biznesmen həmçinin G.Musayevə ilə münasibətlərinin davam etdiyini, bu müraciətinin birgə hazırlandığını da qeyd edib.

Xatırladaq ki, bundan əvvəl Türkiyə mediası T.Tatlıcının G.Musayeva və oğlu Cahangiri döydüyünə görə modelin onu bıçaqladığını yazmışdı.