ABŞ-ın ikinci adamı Ukrayna sərhədinə gəldi - Kritik gəlişmə
ABŞ-ın vitse-prezidenti Kamala Harris Polşa və Rumıniyaya iki günlük səfəri çərçivəsində dünən Varşavaya gəlib.
Oxuməni.az xəbər verir ki, onun səfərinin məqsədi Rusiyanın Ukraynaya müdaxiləsi və müharibənin regiona təsirini müzakirə etməkdir.
Teleqraf.com xatırladır ki, ABŞ vitse-prezidentinin səfəri Polşa qırıcılarının Ukraynaya təhvil verilməsi ilə bağlı diplomatik mübahisələr fonunda baş verib.
Bu gün Harrisin Polşa Prezidenti Andjey Duda, baş nazir Mateuş Moraviçki və müharibə səbəbindən Polşaya gedən ukraynalılarla görüşü planlaşdırılır. Martın 11-də Harris Buxarestdə Rumıniya Prezidenti Klaus Yohannis ilə görüşəcək.
ABŞ-ın vitse-prezidentinin Polşa və Rumıniyaya səfərlərindən ABŞ-ın NATO-ya sadiqliyini və Ukraynaya humanitar və hərbi yardımın davam etdirilməsinin vacibliyini vurğulamaq üçün istifadə edəcəyi gözlənilir.


















































































