İrandan  Rusiyaya gözlənilməz  zərbə: Ukrayna işğala məruz qalıb

İrandan Rusiyaya gözlənilməz zərbə: Ukrayna işğala məruz qalıb

11 Mart 2022 14:49
Bəyəndim (0) Bəyənmədim (0)

"Ukraynada baş verənlər azad bir əraziyə xarici qüvvələrin təcavüzüdür".

Oxuməni.az yerli mətbuata istinadla xəbər verir ki, bunu İranın eks-prezidenti Seyid Məhəmməd Xatəmi bildirib.

O əlavə edib:

"Bu acınacaqlı vəziyyətin səbəblərindən asılı olmayaraq, Ukraynada baş verənlər xarici bir qüvvənin azad bir torpağı işğal etməsi, azad və müstəqil yaşamaq istəyən xalqın repressiyaya məruz qalmasıdır".

"Ukrayna xalqı və bütün məzlum xalqlar empatiya və dialoqa başqalarından daha layiqlidirlər", - deyə Xatəmi fikirlərini yekunlaşdırıb.