Rusiyada Putinin təhlükəsizliyini qoruyan adam həbs edilib: məlumatı, yoxsa yanacağı "sızdırıb"?
Rusiya qvardiyası rəisinin müavini Roman Qavrilov "insanların həlak olmasına gətirib çıxaran hərbi məlumatın sızması" və ya "yanacağın israf edilməsinə görə" saxlanılıb.
Oxuməni.az xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Xristo Qrozev üç müstəqil mənbəyə istinadən məlumat verib. Qrozev qeyd edib ki, Qavrilov əvvəllər Rusiya Federasiyasının Federal mühafizə xidmətində, Vladimir Putinin təhlükəsizliyini təmin edən bölməsində qulluq edib.
"Hələlik yuxarı dairələrdə, güc strukturlarında çalışanların təmizlənməsi və ya yerdəyişməsinin nə ilə nəticələnəcəyini güman etmək çətindir. Bir şey aydındır ki, Putin öz üzdəniraq "xüsusi əməliyyat"ının hansı zibilə düşdüyünü yaxşı anlayır. Hər şey o qədər pisdir ki, o, necə deyərlər, "atları keçiddə dəyişir" ki, bu da müharibə zamanı yolverilməzdir", - Qrozev belə hesab edir. Bundan öncə bir çox ekspertlər Rusiya ordusunun Ukraynada ilk növbədə logistika ilə bağlı çoxsaylı problemlərinin mövcudluğunu qeyd edib.
"Rusiyanın Ukrayna ilə müharibəsi iflasa uğrayıb və səfərbərliklə bağlı tədbirlər gecikdirilib".
Bundan başqa, Rusiya qvardiyası bölmələrinin Ukraynada döyüş əməliyyatlarında iştirakının səmərəliliyi və məqsədyönlülüyü şübhə altına alınıb. Bu güc strukturunun hərbi qulluqçuları hərb sənətini öyrənməyib, onların vəzifəsi rejimin dayanıqlığını təmin etməkdən ibarətdir. Xəbər veridiyi kimi, Federal Təhlükəsizlik Xidmətinin "5- ci kolon"unun "Operativ məlumat və beynəlxalq əlaqələr Xidməti"nin rəhbərliyi- general Sergey Beseda və onun müavini etibarını itirib. Hazırda onlar ev dustaqlığındadır. Bunun səbəbləri arasında əməliyyat üçün ayrılan vəsaitlərdən məqsədyönlü şəkildə istifadə edilməməsi, habelə pis kəşfiyyat məlumatların əldə edilməsi göstərilir.


















































































