İrəlidə 4 günlük çoxlu qar yağması gözlənilir

İrəlidə 4 günlük çoxlu qar yağması gözlənilir

30 Yanvar 2023 12:27
Bəyəndim (0) Bəyənmədim (0)

Meteorologiya mütəxəssisləri Türkiyənin fevral ayı ərzində qar yağışının təsiri altında olacağını söyləyiblər. Şərq bölgələrdə qarın qalınlığının 100 santimetrə çatması gözlənilir. İrəlidə 4 günlük sıx qar yağışı gözlənilir və Kayseri, Ərzurumda isə bu yağıntı fasilələrlə olacaq. İstanbuldan Hakkariyə kimi qarın qalınlığı 60-100 santimetrə çatacaq. Ankaraya da qar yağacaq. Ən çox qar 3 fevral - 8 fevral tarixləri arasında qərb bölgələrinə yağacaq. Buraya Ankara, Bolu, İç Ege və hətta İzmir də daxildir. Həmçinin, qarın təsiri çovğun və fırtınanı da qaçılmaz edəcək. Çərşənbə axşamı Bursa, Sakarya yüksəklikləri və Uludağa güclü qar yağacaq. Bir neçə gün sonra İstanbulda qar yağacağı gözlənilir. Fevralın 4-8-i arasında İstanbulda qar yağacağı ehtimalı böyükdür. Əgər bu yağıntılar gözlədiyimiz kimi olarsa, doluluq nisbətinə də təsir edəcək deyə mütəxəssislər bildiriblər.

Murad Şahməmmədov