Atom Elektrik Stansiyasının suyunu dənizə buraxmaq üçün icazə alınıb

Atom Elektrik Stansiyasının suyunu dənizə buraxmaq üçün icazə alınıb

4 İyul 2023 15:03
Bəyəndim (0) Bəyənmədim (0)

Yaponiya Fukusima Atom Elektrik Stansiyasının suyunu dənizə buraxmaq üçün icazə alıb. Təşkilatın hesabatında deyilir ki, Fukusima Atom Elektrik Stansiyasında təmizlənmiş suyun okeana buraxılması insanlara və ətraf mühitə cüzi radioloji təsir göstərəcək.

Yaponiya Fukusima Atom Elektrik Stansiyasında reaktorun zədələnmiş enerji bloklarını soyutmaq üçün istifadə edilən suyun dənizə axıdılması üçün Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdən “yaşıl işıq” alınıb. "Təmizlənmiş suyun okeana axıdılması insanlara və ətraf mühitə cüzi radioloji təsir göstərəcək", - təşkilatın hesabatında belə deyilir.

Hələ 2021-ci ilin aprelində Yaponiya hakimiyyəti Fukusima Atom Elektrik Stansiyasında xüsusi təmizlənmədən sonra suyun tədricən okeana buraxılması planlarını açıqlamışdı. 2021-ci ildə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik bu planları təhlükəsizlik baxımından sınaqdan keçirməyə razılaşmışdı.

Tokionun bu qərarına görə istehlakçıların ərazidə tutulan hər hansı dəniz məhsulunu rədd edəcəyindən qorxan qonşu ölkə Çin narazılıq bildirib. Xüsusi olaraq balıqçılıq sənayesində geniş narazılıqlar yaranıb.

Bəzi alimlər hesab edirlər ki, belə bir hərəkətin uzunmüddətli nəticələri aydın deyil, ona görə də suyun buraxılması gecikdirilməlidir.

Murad Şahməmməd