Zelenski: Ruslar Zaporojye atom elektrik stansiyasına partlayıcı yerləşdiriblər

Zelenski: Ruslar Zaporojye atom elektrik stansiyasına partlayıcı yerləşdiriblər

5 İyul 2023 09:01
Bəyəndim (0) Bəyənmədim (0)

İndi bütün dünya bilməlidir ki, ümumi təhlükəsizlik tamamilə rusların Zaporojye AES-dəki fəaliyyətinə qlobal diqqətdən asılıdır.

Oxuməni.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski teleqramında yazıb.

“Rusiya aydın şəkildə dərk etməlidir ki, dünya terrorçuların hansı ssenarilərə hazırlaşdığını görür və dünya cavab verməyə hazırdır.

Radiasiya dünyada hər kəs üçün təhlükədir və atom elektrik stansiyası istənilən radiasiya hadisəsindən tam qorunmalıdır. Dünyanın müxtəlif dövlətlərinin nə baş verdiyini və kimin günahkar olduğunu dəqiq bilmək üçün öz kəşfiyyatı və digər imkanları var.

İndi kəşfiyyatımızdan əldə etdiyimiz məlumata görə, Rusiya hərbçiləri Zaporojye AES-in bir neçə enerji blokunun damında partlayıcıya bənzəyən əşyalar yerləşdiriblər. Ola bilsin ki, onların başqa ssenarisi var.

Amma istənilən halda dünya Zaporojye AES-i üçün yeganə təhlükə mənbəyinin məhz Rusiya olduğunu görür və görməməyə də bilməz.

Təəssüf ki, Kaxovka Su Elektrik Stansiyasına qarşı törədilmiş terror aktına vaxtında və genişmiqyaslı reaksiya verilmədi və ruslar bundan istifadə etdilər. İndi də oxşar hadisələr təkrarlansa, Avropa da radiasiya təhlükəsinə məruz qalacaq”, - deyə Zelenski Qərbə xəbərdarlıq edib.

Əziz Mustafa