Fransa Daxili İşlər Nazirliyi: iğtişaşlar dayandırılıb, 4 mindən çox adam saxlanılıb

Fransa Daxili İşlər Nazirliyi: iğtişaşlar dayandırılıb, 4 mindən çox adam saxlanılıb

6 İyul 2023 11:23
Bəyəndim (0) Bəyənmədim (0)

Fransanın daxili işlər naziri Gerald Darmanen bildirib ki, bütün ölkədə iğtişaşlar dayandırılıb.

Oxuməni.az xəbər verir ki, o, ölkədəki vəziyyəti “sakit” kimi qiymətləndirir, lakin buna nəzarəti davam etdirməyə çağırır.

Onun sözlərinə görə, iğtişaşlar zamanı 4 min nəfər saxlanılıb, onların orta yaşı 17-dir. Darmanen Senatdakı dinləmələrdə deyib: “Həbs edilənlərin təxminən 10%-nin Fransa vətəndaşlığı yoxdur, 60%-i barədə isə əvvəllər polisə heç nə məlum deyildi”.

BFMTV-nin məlumatına görə, Fransada ən azı 380 iğtişaşçı nəzarətə götürülüb.

İlkin hesablamalara görə, iğtişaşlar nəticəsində Fransa biznesləri və bankları 1 milyard avrodan çox itki ilə üzləşib: 200 mağaza tamamilə talan edilib, 300 bank filialı zədələnib.

Fransada etirazlar iyunun 27-də başlayıb, bir çox şəhərlərdə iğtişaşlara və gecə qırğınlarına çevrilib. Buna səbəb Nanterre Nahel şəhərinin 17 yaşlı sakininin polis tərəfindən öldürülməsi olub.

Əziz Salam