Qırğızıstan prezidenti Sadır Japarovun qohumu həbs edilib
Qırğızıstan prezidenti Sadır Japarovun qohumu Ulan Japarov Bişkekdə saxlanılıb.
Oxuməni.az xəbər verir ki, bu barədə Tengrinews.kz-ın yaydığı məlumatda deyilir.
Nəşrin mənbələrinin məlumatına görə, İssık-Kul rayonunun Ken-Suu kəndindən olan 32 yaşlı Ulan Japarov Bişkekdəki 1-ci istintaq təcridxanasına salınıb.
"İlkin məlumatlara görə, faktla bağlı Qırğızıstan Respublikası Cinayət Məcəlləsinin "Korrupsiya" maddəsi ilə cinayət işi başlanıb. Hazırda faktla bağlı Daxili İşlər Nazirliyinin İstintaq Xidməti tərəfindən araşdırma aparılır", - deyə nazirlikdən redaksiyaya bildiriblər.
Paytaxtın Pervomayski Rayon Məhkəməsi isə rəsmi şəkildə bildirib ki, vətəndaş Ulan Japarov məhkəmənin qərarı ilə iyulun 26-dək həbs edilib.
Əziz Mustafa, Oxumeni.az
Digər xəbərlər