NATO-nun keçmiş baş katibi: Qərbi Putinin qırmızı xətləri maraqlandırmır

NATO-nun keçmiş baş katibi: Qərbi Putinin qırmızı xətləri maraqlandırmır

10 İyul 2023 09:41
Bəyəndim (0) Bəyənmədim (0)

Qərb Ukraynanın NATO-ya daxil olması ilə bağlı Putinin qırmızı xətləri ilə maraqlanmır.

Oxuməni.az xəbər verir ki, bunu NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen deyib.

“NATO bu yaxınlarda Finlandiya və İsveçdə olduğu kimi hökumətləri və parlamentləri alyansa qoşulmaq qərarına gələn dövlətlər üçün açıq olub və belə də qalır. Putinin bu halda deməyə sözü və veto hüququ yoxdur. Düzünü desəm, o, nə müəyyənləşdirirsə və ya "qırmızı xətlər" çəkibsə bu, Qərbin vecinə deyil”, - deyə Rasmussen bildirib.

O, Almaniyanın 1955-ci ildə etdiyi kimi Ukraynanın hissə-hissə alyansa qoşula biləcəyini istisna etməyib:

“Əlbəttə, bütün bunlar çətindir və sonda hər şey Ukraynanın qərarlarından asılıdır, lakin hər halda, bu, mümkünsüz deyil”.

Rasmussen qeyd edib ki, Ukraynanın qərb və mərkəzi hissələrinin NATO Avropa xalqlarına əhəmiyyətli dərəcədə təsir göstərə bilər.

Əziz Baş Göynüklü