ABŞ Suriyada İslam Dövlətinin liderlərindən birinin məhv edildiyini açıqlayıb
ABŞ hərbçiləri Suriyanın şərqində İslam Dövlətinin liderlərindən biri Usamə əl-Muhaciri məhv edib.
Oxuməni.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) mətbuat xidməti məlumat yayıb.
Əməliyyat iyulun 7-də həyata keçirilsə də xəbər indi yayılıb. Zərbə MQ-9 pilotsuz uçan aparatı ilə həyata keçirilib. CENTCOM-un məlumatına görə, hücumda mülki şəxslər arasında ölən yoxdur və hərbçilər mülki əhali arasında itkilər barədə məlumatları araşdırır.
Aprel ayında ABŞ İslam Dövlətinin liderlərindən biri Xalid Ayad Əhməd əl-Cəburinin məhv edilməsi barədə məlumat vermişdi. ABŞ ordusunun məlumatına görə, o, Avropada hücumların, o cümlədən 2015-ci ildə Parisdə 130 nəfərin ölümünə səbəb olan silsilə hücumların hazırlanmasına cavabdeh olub.
Əziz Salam