Kanar adaları sahillərində 300 seneqallı miqrant itkin düşüb
Seneqaldan İspaniyanın Kanar adalarına gedən miqrantları daşıyan üç qayıq itkin düşüb. Gəmilərin birində təxminən 65 nəfər, digərində - 50-dən 60-a qədər, üçüncüdə - təxminən 200 nəfər var idi.
Oxuməni.az xəbər verir ki, bu barədə Reuters agentliyinin yaydığı məlumatda deyilir.
Hər üç gəmi təxminən iki həftə əvvəl Seneqalın cənubundakı Kafutindən ayrılıb. Qərbi Afrika sahillərində yerləşən Kanar adaları İspaniyaya çatmağa çalışan miqrantların əsas məkanına çevrilib. Kafutin Kanar adalarından biri olan Tenerifedən təxminən 1,7 min km məsafədə yerləşir.
İspaniya Daxili İşlər Nazirliyinin məlumatına görə, 2023-cü ilin yanvar-may aylarında Kanar adalarına 4,4 mindən çox qeyri-qanuni miqrant gəlib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə demək olar ki, 47% azdır.
BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, 2022-ci ildə Kanar adalarına çatmaq istəyərkən 22-si uşaq olmaqla azı 559 nəfər həlak olub.
Əziz Salamoğlu