Litva prezidenti NATO-nu Rusiya sərhədləri yaxınlığında daimi hərbi bazalar yaratmağa çağırıb

Litva prezidenti NATO-nu Rusiya sərhədləri yaxınlığında daimi hərbi bazalar yaratmağa çağırıb

11 İyul 2023 13:36
Bəyəndim (0) Bəyənmədim (0)

NATO alyansın şərq cinahında yerləşən ölkələrdə hərbi bazaların yerləşdirilməsi ilə bağlı məhdudiyyətlərdən imtina etməlidir.

Oxuməni.az xəbər verir ki, bunu Litva prezidenti Gitanas Nauseda “The Times” qəzetinə müsahibəsində deyib.

“Rusiya Belarusda taktiki nüvə silahlarının yerləşdirilməsi üçün fəal addımlar atır və bunun baş verdiyinə dair bütün sübutlarımız var, nəhayət, biz bu təməl Rusiya-NATO aktını ölü elan etməliyik”, - deyə Nauseda bildirib.

Nauseda Qərb ölkələrini güclü olmağa çağırıb, çünki bu, “ən yaxşı çəkindirici vasitədir – siz Rusiya prezidenti Vladimir Putindən qorxduğunuzu göstərə bilməzsiniz, əks halda o, Qərbdən “zəiflik siqnalları” alacaq”.

Əziz Salamoğlu