Türkiyə hələ İsveçlə bağlı son qərarını verməyib
Türkiyə İsveçin NATO-ya üzvlüyünə hələlik “hə” deməyib, lakin prosesə yol açmağa razılaşıb.
Oxuməni.az xəbər verir ki, bunu Ədalət və İnkişaf Partiyasının respublika üzrə rəsmi nümayəndəsi Ömər Çelik Habertürk telekanalına açıqlamasında deyib.
Çelik, "Sizdən xahiş edirəm ki, prosesi başa düşməkdə və ifadənizdə daha dəqiq olasınız: indi biz İsveçin üzvlüyünə "hə" deməyimizdən danışmırıq, biz prosesin qapılarını, üzvlük yolunu açmışıq".
O əlavə edib ki, Türkiyə Parlamenti İsveçin NATO-ya üzvlük üçün müraciətini oktyabr-noyabr aylarında dəyərləndirməyə başlayacaq.
Siyasətçi vurğulayıb ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “terrorla mübarizə ilə bağlı mövqeyi çox aydındır: “Bu prosesdə ratifikasiya təklifi Milli Məclisə gedənə qədər bütün partiya qruplarımızla birlikdə hadisələrin gedişatını nəzərdən keçirəcəyik".
Əziz Mustafa, Oxumeni.az