Ukraynanın baş kəşfiyyatçısı: Putinə yaxın mənbələrimiz var
Ukraynada Kremlin planlarından xəbərdardırlar, çünki Ukrayna kəşfiyyatının Rusiya prezidenti Vladimir Putinə yaxın mənbələri var.
Oxuməni.az xəbər verir ki, bunu Reuters agentliyinə müsahibəsində Ukrayna Müdafiə Nazirliyi yanında Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib.
“Bizim mənbələrimiz var. Belə desək, ən yaxın ofislərdə. Ona görə də biz adətən nə baş verdiyini bilirik”, - Budanov sözlərinə heç bir dəlil gətirmədən bildirib.
Budanov bildirib ki, Ukrayna kəşfiyyatı Rusiya Daxili İşlər Nazirliyinin sorğusunu ələ keçirib və nəticədə Vaqner PMC-nin kuratoru Yevgeni Priqojinin Rusiya daxilində dəstəyi var.
Budanov onu da bildirib ki, Ukrayna 2014-cü ildən, Moskvanın Ukraynanın Krım yarımadasını ələ keçirməsindən sonra nəticə çıxarıb: “Biz 2014-cü ildə informasiya müharibəsini tamamilə uduzduq. 2022-ci ildə başlayan müharibəyə - biz burada tamamilə fərqli şəkildə başladıq. İndi isə ruslar informasiya döyüşündə uduzurlar”.
Əziz Salamoğlu