Polis hicab yoxlamalarını artıracaq
İranda ötən ilin dekabrında ləğv edildiyi deyilən əxlaq polisi praktikası geri qayıdır. Kişi və qadın əxlaq polis qruplarının da işarələnmiş maşınlarla Tehran küçələrində patrul kimi gəzdiyi görünüb.
İran hakimiyyəti qadınları ictimai yerlərdə hicab taxmağa məcbur etmək üçün yeni kampaniyaya başlasa da, polis sözçüsü Səid Muntazerulmehdi əxlaq polisinin qadınları əvvəlcə xəbərdar etməyə, sonra isə onları saxlamağa başlayacaqlarını açıqlayıb. Artıq ötən gündən kişi və qadın əxlaq polis qruplarının xidməti maşınlarla Tehran küçələrində hərəkəti insanlar tərəfindən müşahidə edilir.
Murad Şahməmməd
Digər xəbərlər