ABŞ Qara dənizdə Rusiyanın hərəkətlərini nəzarət altında saxlayacaq
Rusiya Federasiyasının taxıl sazişindən çıxmasından sonra ABŞ Qara dənizdə təhlükəsizlik tədbirlərini genişləndirəcək.
Oxuməni.az xəbər verir ki, bu barədə ABŞ mətbuatının yaydığı məlumatda deyilir. Bununla bağlı Ağ Evin Milli Təhlükəsizlik Şurasının koordinatoru Con Kirbi brifinqdə bildirib ki, ABŞ Rusiyanın Qara dənizdəki fəaliyyətlərini xüsusi nəzarət altında saxlayacaq. Kirbi qeyd edib ki, ABŞ Rusiya Federasiyasını taxıl sazişinin şərtlərini yerinə yetirməyə çağırır.
“Aydındır ki, biz Rusiyanı taxıl sazişinə qayıtmağa çağırmaqda davam edirik və onların bu məsələdə necə davranmaq qərarına gəldiyini diqqətlə izləyəcəyik”, – deyə Kirbi bildirib.
Əziz Salamoğlu
Digər xəbərlər