Tramp: Ukrayna Avropadan 100 milyard dollar almalıdır
“Fox News Sunday Morning Futures” telekanalının aparıcısının ABŞ prezidenti seçiləcəyi təqdirdə Ukraynaya pul axınını dayandırıb-dayanmayacağı sualına cavabında keçmiş prezident Donald Tramp deyib ki, Ukrayna ABŞ-ın verdiyi töhfəyə uyğunlaşmaq üçün Avropa ölkələrindən 100 milyard dollardan çox yardım almalıdır.
Oxuməni.az xəbər verir ki, bu barədə “Newsweek” məlumat yayıb.
Keçmiş prezident daha sonra Avropa ölkələrinin ABŞ qədər əhəmiyyətli töhfə vermədiyinə diqqət çəkərək, onlara dəstəklərini gücləndirmək üçün təzyiq edəcəyini söylədi:
“Əvvəlcə mən Avropaya deyərdim ki, 100 milyard dollar borcun var, ödəməlisən”.
“Onlar burada-Ukrayna yaxınlığındadırlar və okean bizi ayırır. Niyə biz 150 milyard dollar ayırırıq, onlar isə 20 milyard verirlər?”-deyə Tramp soruşub.
Rusiyanın işğalı 2022-ci ilin fevralında başlayandan bəri ABŞ Konqresi Ukrayna və müttəfiq ölkələrə dəstək üçün 113 milyard dollardan çox vəsait təsdiqləyib.
Əziz Mustafa