Benyamin Netanyahu təcili ürək əməliyyatı keçirdikdən sonra xəstəxanadan buraxılıb
İsrailin baş naziri Benyamin Netanyahu təcili ürək əməliyyatı keçirdikdən sonra bazar ertəsi xəstəxanadan buraxılıb.
Oxuməni.az xəbər verir ki, bu barədə Associated Press-in yaydığı məlumatda deyilir.
Bundan əvvəl “The Times of Israel” qəzeti İsrailin baş naziri Binyamin Netanyahuya ürək stimulyatoru taxdığını yazıb. Siyasətçi iyulun 23-də səhər tezdən Ramat Qandakı Şeba Tibb Mərkəzində uğurla əməliyyat olunub.
73 yaşlı Netanyahu iyulun 15-i şənbə günü Şeba klinikasına yerləşdirilib. Bundan bir gün əvvəl o, bir neçə saat günəş altında qaldıqdan sonra başgicəllənmədən şikayətlənib.
Netanyahunun özünü pis hiss etməsi ilə bağlı xəbərlər ölkədə etirazlara səbəb olan məhkəmə islahatlarının birinci hissəsi ilə bağlı müzakirələrdən əvvəl yayılıb. Baş nazir ölkənin ədliyyə sistemində islahatlarla bağlı ilk böyük qanun layihəsinə parlamentdə səsverməni gözləyərkən müxalifətin müqaviməti ilə üzləşib.
Əziz Mustafa