Xodorkovski Strelkova bəraət verməyə çağırıb
Rusiya prezidenti Vladimir Putinlə münaqişəyə görə 10 il həbs cəzası çəkən rusiyalı müxalif siyasətçi Mixail Xodorkovski separatçı İqor Strelkovun (Qirkin) "siyasi səbəblərə görə" həbs edildiyi üçün ona bəraət qazandırmağa çağırıb.
Oxuməni.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
“Mən Strelkovu mülki təyyarənin vurulması ilə bağlı Hollandiya məhkəməsinin qərarına əsasən cinayətkar hesab edirəm. Mən Strelkovu 2014-cü ildə Kremlin göstərişi ilə Ukraynada silahlı təxribat törədən cinayətkar hesab edirəm. Mən onun bütün cinayətlərinin uçotunu aparmıram, amma daha çox ola bilər və mənim onu mühakimə etmək, bəraət vermək üçün məhkəməm yoxdur.
Hər hansı fikir bildirmək, hətta son dərəcə xoşagəlməz fikir söyləmək cinayət deyil ki, bu da Girkinə qarşı hazırkı ittihamın qanunsuz olduğunu və onu Rusiyada siyasi motivlərlə təqib olunan şəxsə çevirdiyini göstərir. Və bu ittiham üzrə o, bəraət almalıdır.
Əgər şəxs siyasi motivlərlə təqib olunursa və konkret hüquq müdafiəçisinə müraciət edirsə, vəkil təqsirləndirilən şəxsin şəxsiyyətinə görə onu müdafiədən imtina etməməlidir. Düşmənlərin müdafiə hüququndan məhrum edilməli olduğuna və ya siyasi səbəblərə görə təqib oluna biləcəyinə inananlar Putin rejiminin bir hissəsi olmağa kifayət qədər layiq insanlardır”, - deyə Xodorkovski sosial şəbəkələrdə yazıb.
Əziz Mustafa