Paşinyandan bəyanat: “Ermənistan uzun müddət münaqişə içində yaşaya bilməz”

Paşinyandan bəyanat: “Ermənistan uzun müddət münaqişə içində yaşaya bilməz”

26 İyul 2023 12:54
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanın uzun müddət münaqişə nizamında yaşaya bilməyəcəyini bəyan edib və Azərbaycanla ölkəsi arasında danışıqların uğurlu olmasını istədiklərini bildirib.

Paşinyan Ermənistanın paytaxtı İrəvanda keçirdiyi mətbuat konfransında mövcud hadisələri dəyərləndirib.

Azərbaycanla sülh sazişi danışıqlarının və Türkiyə ilə normallaşma prosesinin davam etdiyini izah edən Paşinyan qeyd edib ki, onlar Azərbaycanla imzalanacaq müqaviləyə Qarabağ və bölgədəki xalqların təhlükəsizliyinin daxil edilməsinin tərəfdarıdırlar.

Azərbaycan XİN isə onun bu açıqlamasını ölkəmizin daxili işlərinə müdaxiləsi kimi dəyərləndirərək rədd edib.

Paşinyan: "Ermənistan uzun müddət münaqişəli nizamda yaşaya bilməz. Elə bir vəziyyətə düşə bilərik ki, çörək, işıq, yol problemi yaşaya bilərik. Biz Avropa və Rusiya ilə qonşu deyilik. Gürcüstan, Azərbaycan, Türkiyə və İranla qonşuyuq. Problemlərin həllində ilk növbədə bu məsələni nəzərə almalıyıq”- deyə o bildirib.

Murad Şahməmməd