
Trampın Putinin onu ələ saldığını görməyin vaxtıdır
ABŞ prezidenti Donald Tramp görməlidir ki, Rusiya diktatoru Vladimir Putin onu ələ salır və Ukraynaya qarşı müharibəni dayandırmaq niyyətində deyil.
Bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski PBS telekanalına müsahibəsində bildirib.
Sikorskidən Trampın gec-tez Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə qərar verəcəyinə inanıb-inanmadığı soruşulub.
"Prezident Trampın Putinin onu ələ saldığını görməyin vaxtı çatıb. Alyaska sammitindən əvvəl gözlənilən atəşkəs və ciddi sülh danışıqları əvəzinə Putin getdikcə daha çox pilotsuz təyyarələr buraxır - əvvəlcə Ukraynaya, indi isə NATO-ya qarşı", - nazir vurğulayıb.
Polşanın xarici işlər naziri ümid edir ki, bu prosesin sonunda “biz ciddi əlaqələndirilmiş hərəkətlər görəcəyik ki, Putin onun Rusiya imperiyasını dirçəltmək üzrə ekzotik layihəsinin heç bir şansının olmadığını başa düşsün”.
Əziz Mustafa