Ermənistan nüvə obyektindəki qəzanın aradan qaldırılması üçün KTMT təlimlərindən imtina edib

Ermənistan nüvə obyektindəki qəzanın aradan qaldırılması üçün KTMT təlimlərindən imtina edib

27 İyul 2023 18:47
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan Sentyabrın əvvəlində Belarusda keçirilməsi planlaşdırılan KTMT-nin xilasetmə xidmətlərinin “Rok-2023” təlimində iştirak etməyəcək.

Oxuməni.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “İnterfaks”a bildirilib. Bu qərara səbəb “Daxili İşlər Nazirliyinin xilasetmə xidmətinin peşəkar iş yükü” olub.

Təlimlərin mövzusu nüvə obyektində baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması olmalıdır. “Ümid edirəm ki, bu heç vaxt faydalı olmayacaq, amma sülh istəyirsinizsə, müharibəyə hazırlaşın. Xilasetmə dilimizdə ifadə etsək, fövqəladə vəziyyətin aradan qaldırılmasında müvəffəqiyyətli olmaq istəyirsinizsə, onu ləğv etməyə hazır olun”, - deyə Belarus Fövqəladə Hallar Nazirliyinin rəhbəri Vadim Sinyavski bildirib.

Yanvarda Ermənistan KTMT-nin “Sarsılmaz Qardaşlıq-2023” manevrlərinə ev sahibliyi etməkdən imtina edib. Hakimiyyət bunu yersiz hesab edib. Ermənistanın baş naziri Nikol Paşinyan may ayında ölkəsinin KTMT-dən çıxmasına icazə verib.

Əziz Salamoğlu